“Barselona”nın yarımmüdafiəçisi Pedri gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
BEY.AZ xəbər verir ki, “Barca Universal” Pedridən sitat gətirib:
“Mən heç vaxt “Barselona”nı başqa bir kluba dəyişməzdim. Hər kəsi dinləyə bilərəm, amma mənim üçün “Barselona” dünyanın ən yaxşı klubudur. “Barselona” uşaqlıqdan bəri arzuladığım şeydir və indi ayrılmaq niyyətim yoxdur”.
Pedri 2019-cu ildə 23 milyon avroya “Las Palmas”dan “Barselona”ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. 2025/26 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub və 12 məhsuldar
