EvXəbərlər"Barselona"ya şad xəbər: Ulduz futbolçu qayıdır

“Barselona”ya şad xəbər: Ulduz futbolçu qayıdır

Published on

spot_img

“Barselona”nın cinah oyunçusu Rafinya Dias zədədən sonra meydana qayıtmağa yaxındır.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu zədəsini sağaldıb və gələn həftənin əvvəlində komanda ilə tam məşqlərə başlayacaq.
Xatırladaq ki, Rafinya mart ayının sonunda Braziliya millisinin düşərgəsində zədələnib. 29 yaşlı futbolçu bu səbəbdən “Barsa”nın son 5 oyununu buraxıb.
“Barselona” 25 apreldə La Liqada “Xetafe” ilə qarşılaşacaq, bir həftə sonra isə “Osasuna” ilə oyun olacaq.

Müəllif: Heybət

Latest articles

More like this