Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya kubokunun qalibi olub.
Publika.az xəbər verir ki, kubok uğrunda turnirin Berlindəki “Olimpiya” stadionunda keçirilən final qarşılaşmasında Münxen təmsilçisi “Ştutqart” ilə üz-üzə gəlib. Oyunda “Bavariya” rəqibin qapısından üç cavabsız top keçirib. Komandanın heyətində Harri Keyn het-trik edib. O, matçın 55-ci, 80-ci və 90+2-ci dəqiqəsində (p) fərqlənib.
Beləliklə, bu mövsüm 35-ci dəfə çempionluğu bayram edən “Bavariya” 2020-ci ildən sonra ilk dəfə, ümumiyyətlə isə 21-ci dəfə Almaniya Kubokunun sahibi olub. Bundan başqa, komanda 2025-2026-cı mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 55 oyunun 46-da qələbə qazanıb. Mövsüm ərzində 6 görüşdə heç-heçə edən münxenlilər cəmi 3 görüşdə meydandan məğlub ayrılıblar. Bu nəticə klubun 2012-2013-cü illərin trebl mövsümündə müəyyən etdiyi rekordun təkrarıdır.
