EvXəbərlərBayraqlar bir həftəlik endirildi - “Onun kimisi heç vaxt olmayacaq”

Bayraqlar bir həftəlik endirildi – “Onun kimisi heç vaxt olmayacaq”

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp kantri müğənnisi Dolli Partonun vəfatı ilə əlaqədar ABŞ-də bayraqların bir həftə müddətinə endirilməsi barədə sərəncam verib.
BEY.AZ xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Bu, milyonlarla insan üçün həqiqi itkidir. Onun kimisi heç vaxt olmayıb və heç vaxt olmayacaq. Onun şərəfinə bu axşam saat 18:00-dan (Bakı vaxtı ilə çərşənbə günü saat 02:00) başlayaraq Birləşmiş Ştatların bütün ərazisində Amerika bayraqlarının bir həftə müddətinə endirilməsini əmr edirəm”, – deyə Tramp yazıb.
Avqustun 25-də amerikalı müğənni, bəstəkar və kantri musiqisinin ikonası Dolli Parton 81 yaşında vəfat edib.
Avqustun 21-də Parton səhhəti ilə bağlı xəbərləri bölüşərək, vəziyyətinin 2025-ci ilin martında — həyat yoldaşı Karl Dinin vəfatından sonra pisləşdiyini qeyd etmişdi. Bununla belə, o, səhhətinin yaxşılaşdığını və işini davam etdirdiyini bildirmişdi.

Dolli Parton bütün dövrlərin ən çox albomu satılan kantri ifaçısıdır – o, dünya üzrə 160 milyondan çox albom satıb.
Hüseyn İbadlı

Latest articles

More like this