Braziliya millisinin cinah oyunçusu Vinisius Junior Haitiyə 3:0 hesabı ilə qalib gəldikləri Dünya Kuboku matçından sonra meydandakı mövqeyi barədə danışıb.“Real Madrid”in futbolçusu qol vurub və məhsuldar ötürmə edib, final fitindən sonra isə matçın ən yaxşı oyunçusu seçilib.
BEY.AZ xəbər verir ki, “Madrid Xtra” Vinisiusun sözlərini sitat gətirib:
“Ançelotti məndən rəqib mərkəz müdafiəçiləri arasında dərin oynamağımı istədi. Belə oynayanda çox qol vururam, ona görə də cənaba daha tez-tez qulaq asmalıyam. Əminəm ki, o, indi sizə futbolu bildiyini deyəcək”.
