Vitamin B3 yaşlandıqca beynin fəaliyyətini dəstəkləməyə və sinir hüceyrələrini yaş dəyişikliklərindən qorumağa kömək edə bilər.
BEY.AZ xəbər verir ki, Yan-An Universitetinin alimi belə bir qənaətə gəlib. Oonun işi “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Yaş artdıqca orqanizmdə hüceyrələrin enerji alması və normal işləməsi üçün zəruri olan maddə – NAD+ səviyyəsi aşağı düşür. Onun çatışmazlığı mitoxondrilərin fəaliyyətinin pisləşməsi, iltihab və beyin funksiyalarının pozulması ilə əlaqələndirilir.
Vitamin B3-ün törəmələri orqanizmə NAD+ istehsal etməyə kömək edir. Araşdırmalar göstərir ki, bunun sayəsində onlar sinir hüceyrələrinin işini dəstəkləyə, iltihabı azalda, yaddaşa və digər koqnitiv funksiyalara müsbət təsir göstərə bilərlər.
Fiziki məşqlər də NAD+ səviyyəsini qorumağa kömək edir. Bundan əlavə, onun mübadiləsinə vitamin B3 və digər maddələrin emalında iştirak edən bağırsaq mikrobiotu təsir göstərir.
Lakin məlumatların əksəriyyəti hələlik laboratoriya və doklinik tədqiqatlarda əldə edilib. Alimlər vitamin B3-ün həqiqətən də insanlarda beynin qocalmasını ləngitməyə və neyrodegenerativ xəstəliklərdən qorumağa qadir olub-olmadığını hələ müəyyənləşdirməlidirlər.
Hüseyn İbadlı
