EvXəbərlərBiz bu filmi artıq görmüşük, eyni cəfəngiyyat...

Biz bu filmi artıq görmüşük, eyni cəfəngiyyat…

Published on

spot_img

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın yeni təzyiq tədbirlərinin nəticə verməyəcəyini bildirib.
BEY.AZ xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək ABŞ-ın İrana qarşı əvvəlki sanksiya və təzyiq kampaniyalarını xatırladıb:
“14 il əvvəl: “Tarixdə ən dağıdıcı sanksiyalar”. Uğursuzluq.
8 il əvvəl: “Maksimum təzyiq”. Uğursuzluq.
5 ay əvvəl: “Şərtsiz təslimçilik”. Uğursuzluq.

Bu gün: “Tarixdə ən sarsıdıcı iqtisadi əməliyyat”. Uğursuzluğa məhkumdur.

Biz bu filmi artıq görmüşük. Eyni cəfəngiyyatlar. Fərqli təhrikçilər”.
Əraqçi vurğulayıb ki, İrana sanksiyalar və müxtəlif təzyiq vasitələri ilə təsir göstərmək cəhdləri indiyədək uğursuz olub və yeni tədbirlər də eyni aqibətlə üzləşəcək.

Latest articles

Azərbaycan: Bəzi şirkətlərin iş elanları da qeyri-ciddidir

Azərbaycanda iş axtaranların qarşılaşdığı ən maraqlı hadisələrdən biri də bəzi şirkətlərin hazırladığı iş elanlarıdır. Elanı...

More like this