BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukraynadakı vəziyyətə həsr olunmuş iclas keçirəcək.
BEY.AZ xəbər verir ki, təşkilatın rəsmi saytında yayımlanan cədvələ əsasən, iclasın Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.
Toplantının gündəliyinə “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” məsələsi daxil edilib.
Qeyd edək ki, iclasın keçirilməsi təşəbbüsü BMT Təhlükəsizlik Şurasının Avropa ölkələrindən ( Danimarka, Fransa, Yunanıstan, Latviya və Böyük Britaniya) ibarət “E5” qrupu tərəfindən irəli sürülüb.
