ABŞ-ın Arizona ştatının Böyük Kanyon ərazisində daşqın baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər itkin düşüb.
BEY.AZ xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Milli Park Xidmətinin yaydığı məlumata görə, şənbə günü güclü sel milli parkın aşağı hissəsində yerləşən düşərgələri və piyada yürüş marşrutlarını basıb. Bazar günü günortadan sonra insanların hava yolu ilə təxliyəsi davam etdirilib. Daşqının ziyan vurduğu ərazilərdən 62 nəfər təxliyə edilib.
Park ərazisində çaydan bir nəfərin meyiti çıxarılıb. Onun kimliyi hələlik açıqlanmayıb.
Zərərin qiymətləndirilməsi ilə bağlı işlər aparılır.
