Böyük Britaniya kralı III Çarlz süni intellekt texnologiyalarının yanlış əllərə keçəcəyi təqdirdə ciddi və hətta insanlığın mövcudluğuna təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
BEY.AZ BBC-yə istinadla xəbər verir ki, Kral bu fikirləri Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Damfris Hausda onun təşəbbüsü ilə keçirilən sammit zamanı səsləndirib. Görüşün əsas məqsədi süni intellektdən cəmiyyətin rifahı naminə necə istifadə olunmasının müzakirəsi olub.
Sammitdə Böyük Britaniyanın süni intellekt naziri, Papanın müşaviri, eləcə də “Nvidia”, “OpenAI” və “Anthropic” kimi aparıcı süni intellekt şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Bu texnologiyaları yaradanlar indi getdikcə daha çox xəbərdarlıq edirlər ki, süni intellekt daha qaranlıq imkanlar inkişaf etdirə, hətta insan həyatına son qoymaq qabiliyyətinə malik ola bilər”, – deyə Kral bildirib.
Onun sözlərinə görə, belə texnologiyaların yanlış əllərə keçməsi və potensial olaraq fəlakətli məqsədlər üçün istifadəsi ilə bağlı risklərin kifayət qədər ciddi şəkildə nəzərdən keçirilməsinə təcili ehtiyac var. Kral süni intellekt şirkətlərinin rəhbərlərinə müraciət edərək bildirib ki, qarşıda duran vəzifə yalnız texnologiyanı inkişaf etdirməkdən ibarət deyil.
Sammitdə, həmçinin süni intellektin gələcək tətbiqini istiqam
