EvXəbərlərBritaniya MDB ölkələrində “yeni nəsil” formalaşdırmağa çalışır

Britaniya MDB ölkələrində “yeni nəsil” formalaşdırmağa çalışır

Published on

spot_img

Böyük Britaniya xüsusi xidmət orqanları Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) aktivliyini artırır.
Publika.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, Londonun əsas hədəflərindən biri “yeni nəsil” formalaşdırmaqdır ki, bu nəsil MDB ölkələrinin maraqlarına və təhlükəsizliyinə zərər verən yanaşmalarla yetişdirilir.
Bortnikov qeyd edib ki, Britaniya xüsusi xidmət orqanlarının prioritet istiqamətlərindən biri media ilə iş, tarixin təhrif olunması, milli şovinizmin, eləcə də gender və LGBT gündəliyinin təşviqidir. Onun iddiasına görə, bu kimi fəaliyyətlər region xalqlarının ortaq mənəvi-əxlaqi dəyərlərini zəiflətməyə yönəlib.
O əlavə edib ki, Britaniya kəşfiyyatı öz məqsədlərini həyata keçirmək üçün təhsil və dövlət idarəçiliyi sahəsində müxtəlif mübadilə proqramlarından da istifadə edir.

Adəm

Latest articles

More like this