EvXəbərlərBritaniyada ilin ən isti günü qeydə alındı

Britaniyada ilin ən isti günü qeydə alındı

Published on

spot_img

Böyük Britaniyada davam edən isti hava dalğası fonunda ilin ən yüksək temperaturu qeydə alınıb.
BEY.AZ xəbər verir ki, Londonun Kyu Qardens ərazisində havanın temperaturu 38,1 dərəcəyə çatıb və bununla da 2026-cı ilin indiyədək ən isti günü qeydə alınıb.
Ölkədə, həmçinin bir il ərzində temperaturun 36 dərəcəni keçdiyi günlərin sayına görə yeni rekord müəyyənləşib. Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərənin cənub və şərq hissələri, eləcə də Midlands bölgəsinin geniş əraziləri üçün ekstremal istilərlə əlaqədar narıncı xəbərdarlıq elan edib. Şimali İrlandiyada isə güclü ildırım və leysan ehtimalı ilə bağlı sarı xəbərdarlıq qüvvədədir. Eyni zamanda, Şotlandiyanın geniş ərazilərində isti və quraq hava şəraiti səbəbindən meşə yanğınları təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Latest articles

More like this