ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada partlayıcı maddələrlə bağlı cinayətlərdə şübhəli bilinərək saxlanılan 5 şəxsin ABŞ limanlarından birinə ciddi zərər vurmağı planlaşdırdığını açıqlayıb.
BEY.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ lideri Britaniya hüquq-mühafizə orqanlarının 5 şübhəlinin saxlanılması ilə nəticələnən əməliyyatını təqdir edib.
Trampın sözlərinə görə, saxlanılan şəxslər həbs olunmazdan əvvəl ABŞ xüsusi xidmət orqanlarının diqqətində olublar.
