EvXəbərlərBritaniyanın müdafiə naziri istefa verdi

Britaniyanın müdafiə naziri istefa verdi

Published on

spot_img

Böyük Britaniyanın müdafiə naziri Con Hili istefa verib.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, istefaya səbəb müdafiə xərcləri ilə bağlı hökumətlə yaşanan fikir ayrılığı olub.
Məlumata görə, Con Hili baş nazir Kir Starmeri ölkənin müdafiəsi üçün zəruri maliyyə resurslarını təmin etməməkdə ittiham edib.
Hili istefa məktubunda artan təhlükələr fonunda hökumətin müdafiə sahəsinə kifayət qədər vəsait ayırmadığını bildirib.

Qeyd edək ki, Britaniyanın Müdafiə İnvestisiya Planı hərbi xərclərin artırılması ilə bağlı mübahisələr səbəbindən ötən ildən bəri gecikir. Bu vəziyyət ölkənin müdafiə sənayesində də narazılığa səbəb olub.
Müəllif: Roza

Latest articles

More like this

Azərbaycandan Ermənistana dizel göndəriləcək

Azərbaycandan Ermənistana dizel göndəriləcək

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir