Bruney sultanı Həsənəl Bolkiah gəlinini bütün kral titullarından məhrum edib.
BEY.AZ xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı Penqiran Raabiatul Adaviahın şahzadə-konsort titulundan məhrum edilməsi ilə bağlı fərman imzalanıb.
Saraydan verilən açıqlamada qadının davranışlarının monarxiyanın nüfuzuna xələl gətirdiyi və sultana hörmətsizlik nümayiş etdirdiyi qeyd olunub. Lakin qərarın konkret səbəbləri açıqlanmayıb.
Raabiatul Adaviah şahzadə Abdul Malikin həyat yoldaşı olaraq qalır və 2015-ci ildə bağlanan nikah pozulmayıb. Cütlüyün dörd qızı var. Onlar analarının titullarından məhrum edilməsinə baxmayaraq, öz titullarını və taxt-tac varisliyi xəttindəki yerlərini qoruyublar.
Qeyd edək ki, Raabiatul Adaviah və şahzadə Abdul Malik sultanın qərarına münasibət bildirməyib.
Müəllif: Adəm
