Ruslar uşaqlara rəqəmlərdən, hərf-rəqəm işarələrindən və ya titullardan ibarət adlar verə bilməzlər.
BEY.AZ xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya Vətəndaş Palatasının (İP) komissiyasının üzvü Yevgeni Maşarov məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlər titul və rütbəli adlara da şamil olunur. Mənbə vurğulayıb ki, “Uşağa aşağıdakı adlar verilə bilməz: rəqəmlər (məsələn, III Aleksandr, Vadim 2026), hərf-rəqəm təyinatları (məsələn, COVID-19), rütbələr, titullar və vəzifələr (məsələn, Şahzadə Olqa, Prezident)”.
Maşarov qeyd edib ki, Vətəndaşlıq Qeydiyyatı İdarələri yeni doğulmuş körpənin adının tərkibində söyüş və ya qrafik simvol varsa, qeydiyyata alınmayacaq.
Hüseyn İbadlı
