Joze Mourinyonun “Real Madrid”ə baş məşqçi kimi qayıdışı çox yaxındır. Son həftələrdə mətbuat portuqaliyalı məşqçinin transfer planları ilə bağlı məlumatlarla dolu olub.
BEY.AZ xəbər verir ki, Mourinyonun “İnter”in oyunçusu Alessandro Bastonini transfer etmək istəyi barədə artıq çox danışılıb.
“The Touchline”ın jurnalist Migel Serranoya istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu artıq “Real Madrid”ə keçməyə razılıq verib.
Nüfuzlu “Transfermarkt” portalı Alessandro Bastonini 70 milyon avroya qiymətləndirir. Bu, mərkəz müdafiəçisi üçün çox yüksək qiymətdir.
