ABŞ və İran nümayəndələri çox güman ki, bu həftəsonu görüşəcəklər.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
“İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftəsonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik”, – o qeyd edib.
