EvXəbərlərBu körpü 8 aydır qəzalı vəziyyətdədir

Bu körpü 8 aydır qəzalı vəziyyətdədir

Published on

spot_img

Sabirabad rayonunun ən ucqar kəndlərindən biri olan Sarxanbəylidə ötən ilin dekabrında baş vermiş hadisənin fəsadları hələ də aradan qaldırılmayıb.
BEY.AZ xəbər verir ki, söhbət 2-ci Küryan kollektoru üzərində yerləşən körpüdən gedir.
Hətta, hadisə nəticəsində pambıqyığan kombayn aşaraq su kanalına düşmüşdü. Artıq avqust ayı olmasına baxmayaraq sözügedən körpü qəzalı vəziyyətdə qalır. Bu isə sakinləri ciddi narahat edir. Onların sözlərinə görə, körpü uçduqdan sonra aidiyyəti qurumlar alternativ yolun çəkiləcəyini də bildirib.
Sakinlər deyirlər ki, bu körpü təkcə Sarxanbəyli kəndi deyil, bir neçə yaşayış məntəqəsinin əhalisi üçün həyati əhəmiyyət daşıyır. Şirvan və Salyan istiqamətinə getmək üçün məhz bu körpüdən istifadə edirdilər.
Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, körpünün bərpası üçün məlumat verilib və smeta da ayrılıb. Yaxın günlərdə ərziyə texnikalar gətirilərək körpünün tikintisinə başlanılacaq.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Latest articles

More like this