EvXəbərlərBu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Published on

spot_img

Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 10-u saat 22:00-dan etibarən Səbail rayonu, Həsən Seyidbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, mümkün alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Latest articles

More like this