“Atletiko” və Argentina millisinin ulduz hücumçusu Julian Alvares Fransa liqasında çıxış edə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Mənbənin məlumatına görə, PSJ argentinalı hücumçunu transfer etməkdə maraqlıdır. Parisin ən yaxşı klubu Alvares üçün 120 milyon avro və adı açıqlanmayan iki oyunçunu verməyə hazırdır.
Argentinalı ilə “hindular” arasında mövcud əmək müqaviləsi 2030-cu ilin yayında başa çatır. Alvares 2025/2026 mövsümündə 49 oyunda iştirak edib, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib.
