EvXəbərlərBu ölkədə dəhşətli terror aktı

Bu ölkədə dəhşətli terror aktı

Published on

spot_img

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində ağır terror aktı törədilib.
Publika.az xəbər verir ki, bu barədə departament qubernatoru Oktavio Qusmanın “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, partlayış ölkənin əsas nəqliyyat arteriyalarından biri olan Panamerika şosesində baş verib.
İlkin məlumatlara əsasən, silahlılar sərnişin avtobusuna partlayıcı maddə ilə dolu silindr atıblar. Hadisə nəticəsində 7 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Qubernator qeyd edib ki, güclü partlayış dalğası ətrafdakı digər nəqliyyat vasitələrinə də ciddi ziyan vurub və yolda dərin çuxur yaradıb.

Oktavio Qusman baş verənləri “terrorun eskalasiyası” adlandıraraq hökumətdən qətiyyətli tədbirlər görməyi tələb edib. Hazırda magistral yolda hərəkət tamamilə dayandırılıb.
Hüseyn İbadlı

Latest articles

More like this