Tayvanın paytaxtı Taypeydə hantavirusa yoluxma nəticəsində ölüm halı baş verib.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Hazırda şəhərdə genişmiqyaslı sanitar təmizləmə və dezinfeksiya işlərinə başlanılıb.
Qeyd edək ki, son günlərdə bu virusla bağlı narahatlıq qlobal miqyasda artıb. Hantavirusun növbəti pandemiyaya səbəb olacağından ehtiyat edilir.

