“Böyük Yeddilik” (G7) dövlətləri Ebola virusunun yayılmasının qarşısının alınması məqsədilə 1 milyard avrodan çox vəsait ayrılması barədə qərarı təsdiqləyiblər.
BEY.AZ xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron G7 sammitinin yekunlarına dair açıqlamasında bildirib.
Onun sözlərinə görə, ayrılacaq maliyyə vəsaiti Ebola epidemiyasından zərər görmüş Konqo, Uqanda və digər ölkələrin dəstəklənməsinə yönəldiləcək.
Konqoda Ebola epidemiyası nəticəsində təsdiqlənmiş ölüm hallarının sayı 196 nəfərə çatıb.
