EvXəbərlər“Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”

“Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”

Published on

spot_img

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti karyerasını başa vurduqdan sonra futbola qayıtmaq ehtimalının olduğunu açıqlayıb.
BEY.AZ xəbər verir ki, 48 yaşlı sabiq kapitan “Oltre” adlı kitabında karyerasının başa çatmasından sonrakı dövrdən, futbola mümkün dönüşündən və şəxsi həyatındakı mühüm hadisələrdən bəhs edib.
Totti bildirib ki, futboldan uzaqlaşdıqdan sonra formada qalmaq üçün mütəmadi olaraq həvəskar oyunlarda iştirak edib. Daha sonra onun müsahibələrdə zarafatla “geri qayıtmağa hazıram” deməsi bəzi klubların marağına səbəb olub.
Əfsanəvi futbolçunun sözlərinə görə, “Cenoa” rəhbərliyi onunla birbaşa əlaqə saxlayaraq futbola qayıtmaq istəyib-istəmədiyini soruşub. Totti bu təklifə ciddi yanaşıb və hətta hazırlıqlara başlayıb. Həftəlik məşqlərin sayını artırıb, fizioterapiya seanslarına qatılıb və qidalanmasına xüsusi diqqət yetirib.
“Cenoa”nın baş məşqçisi Alberto Cilardino da Totti ilə əlaqə saxlayaraq vəziyyəti soruşub. Futbolçu məşqlər zamanı fiziki durumunun gözlədiyindən yaxşı olduğunu qeyd edib.

Bundan başqa, “Komo”nun da Totti ilə maraqlandığı bildirilib. Lakin sonda italiyalı ulduzun qarşısında əsas maneə fiziki hazırlığı deyil, “Roma”ya bağlılığı olub.

Totti kitabında 48 yaşında başqa İtaliya klubunun formasını geyinməyin onun üçün düzgün seçim olmadığını vurğulayıb. O, “Roma”dan başqa komandada oynamağı karyerasının istənilən mərhələsində klubuna xəyanət kimi qəbul etdiyini bildirib.
“Roma”nın yetirməsi olan Totti bütün peşəkar karyerasını bu klubda keçirib. O, 2017-ci ildə futbolçu karyerasını başa vurub və klub tarixinin ən böyük simalarından birinə çevrilib.
Totti kitabında şəxsi həyatından da bəhs edib. O, Noemi Bokkhi ilə münasibətlərinin başlanğıcından, ilk görüş və öpüşlərindən danışıb. Bundan əlavə, futbolçu atası Enzonun COVID-19 pandemiyası zamanı vəfat etməsinin həyatında yaratdığı böyük təsirdən söz açıb.

Latest articles

More like this