Ukraynanın Çerniqov şəhərində hərbçiləri blokpostda partlatmağa cəhd etməkdə şübhəli bilinən qız saxlanılıb.
BEY.AZ xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Çerniqov vilayəti polisinin məlumatına istinadən məlumat yayıb.
Məlumata görə, həmin qız əsgərlərə “McDonald’s” yeməyi adı altında burgerin içərisində gizlədilmiş əldəqayırma partlayıcı qurğu verib. Hərbçilər təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək paketləri dərhal blokpostdan və insanlardan uzaq məsafəyə aparıblar. Məhz bu addım onların həyatını xilas edib.
Şübhəli şəxs Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Hüquq-mühafizə orqanları iş üzrə əlavə təfərrüatların daha sonra açıqlanacağını bildiriblər.
