EvXəbərlərCənubi Qafqazda yaranan sülh bəzi qüvvələrə verilən güclü cavabdır

Cənubi Qafqazda yaranan sülh bəzi qüvvələrə verilən güclü cavabdır

Published on

spot_img

Cənubi Qafqazda ortaya çıxan sülh və barış mühiti bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışan qüvvələrə verdiyi güclü bir cavabdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmi şəxslərinin 1915-ci il hadisələrinə dair verdiyi bəyanatlarla bağlı yaydığı yazılı açıqlamada bildirilib.
Açıqlamada bəzi üçüncü ölkə siyasətçilərinin məsələni dar siyasi hesabları üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərinin üstünü örtməyə cəhd kimi müşahidə olunduğu ifadə edilib.
Əsrlərboyu birlikdə yaşama mədəniyyətinin ən güclü nümunələrini özündə barındıran Türkiyənin 1915-ci il hadisələrinin ədalətli və elmi bir zəmində araşdırılması məqsədilə arxivlərini açdığı və “Ortaq Tarix Komissiyası” yaradılmasını təklif etdiyi qeyd edilən açıqlamada bu təklifin qüvvədə olduğu xatırladılıb.

“Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətli bir yaddaşa nail olmağa yönəlmiş səyləri və son dövrdə inkişaf edən konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik”, – deyə açıqlamada vurğulanıb.

Latest articles

20 şirkət və 19 gəmi… – ABŞ İran əleyhinə sanksiyaları genişləndirdi

20 şirkət və 19 gəmi... - ABŞ İran əleyhinə sanksiyaları genişləndirdi

​Paşinyan hakimiyyətdən getsə, nə olacaq?

İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi kursunu müəyyənləşdirəcək əsas mərhələlərdən biri kimi qiymətləndirilir....

Qonşular arasında dava

Qonşular arasında dava

More like this