EvXəbərlərCENTCOM rəhbəri Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırdı

CENTCOM rəhbəri Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırdı

Published on

spot_img

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırıb.
BEY.AZ xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
Bred Kuper Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edib. O, həmin ölkələrdə hökumət nümayəndələri və hərbi rəhbərlərlə görüşlər keçirib. Bundan əlavə, regionda yerləşdirilən ABŞ hərbçiləri ilə də görüşüb.
CENTCOM rəhbəri Ərəbistan dənizində xidmət aparan “USS Abraham Lincoln” aviadaşıyıcısında da olub. Komandanlıq qeyd edib ki, bu, Kuperin cari il ərzində aviadaşıyıcıya ikinci səfəridir.

CENTCOM-un məlumatına görə, hazırda Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisi yerləşdirilib.

Latest articles

More like this