UFC-də orta çəki (84 kq-a qədər) üzrə çempion Həmzət Çimayev rəqibi, amerikalı Şon Striklendin ünvanına səsləndirdiyi ictimai təhdidlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, Striklend daha əvvəl onu odlu silahla vurmaqla hədələmişdi.
“UFC mənə bu adamla döyüşə qədər görüşməyə imkan vermir. O dedi ki, məni güllələyəcək, buyursun, etsin. Mən ölməkdən məmnun olaram.
Mühafizə mənə lazım deyil. Bu, onun təhlükəsizliyi üçündür. Ölüm vaxtı gələndə xoşbəxt olacağam. Mən bundan narahat deyiləm”, – deyə Çimayev mətbuat konfransında bildirib.
Xatırladaq ki, Çimayev – Striklend döyüşü mayın 10-da ABŞ-ın Nyuark şəhərində keçiriləcək UFC 328 turniri çərçivəsində baş tutacaq.

