EvXəbərlərÇin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı

Çin Ayı fəth edir – Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı

Published on

spot_img

Çin Aerokosmik Elm və Texnika Korporasiyasının mütəxəssisi Şao Limin ölkəsinin Aya uçuşlar üçün yeni nəsil idarəolunan kosmik gəmi hazırladığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Bildirilib ki, bu layihə çinli astronavtların (taykonavtların) Yer orbitindən kənara çıxması üçün yeni texnoloji platforma rolunu oynayacaq.
Aprelin 24-ü Çində Milli Kosmonavtika Günü kimi qeyd olunur. Şao Limin bildirib ki, son iki il ərzində Çin Ayın idarəolunan aparatlarla kəşfiyyatı proqramını aktiv şəkildə icra edir və yaxın gələcəkdə Çin vətəndaşlarının Ay səthinə ayaq basacağı gözlənilir.

Paralel olaraq Çin kosmik sənayesinin digər sahələrində də uğurlar davam edir. Belə ki, bu ilin yanvarında “Galactic Energy” şirkəti “Xiwang” (Ümid) adlı Beynəlxalq Əşyaların İnterneti (IoT) layihəsi üçün dörd “Tianqi” peykin orbitə çıxarıb. Hazırda bu texnologiya vasitəsilə avtomobillər və portativ cihazlar üçün yeni elektron xidmətlərin yaradılması üzərində işlər gedir.

Hüseyn İbadlı

Latest articles

More like this