Çin may ayından etibarən benzin, dizel və aviasiya yanacağının ixracını bərpa edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, dövlətə məxsus iri neft şirkətləri artıq yanacaq ixracı üçün icazələrin alınması məqsədilə müraciət ediblər. Dövlət neft şirkətinin əməkdaşı bildirib ki, Çin rəhbərliyi daxili yanacaq tələbatını sabit hesab edir və ölkə ixracı yenidən başlayıb.
Çin əsasən ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyədə olan Asiya dövlətlərinə aviasiya yanacağı çatdırmağı planlaşdırır. Bundan əlavə, Pekin həmin ölkələrə müəyyən həcmdə benzin və dizel yanacağı göndərmək niyyətində olduğunu nümayiş etdirib.
ÇXR hakimiyyəti daxili bazarı qorumaq məqsədilə Yaxın Şərqdəki hərbi münaqişənin başında yanacaq ixracını qadağan edib.
Hüseyn İbadlı

