EvXəbərlərCinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanıldı

Published on

spot_img

Sentyabrın 5-də və 6-da ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BEY.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər, dələduzluğa görə axtarışda olan 9 nəfər aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 34 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 5-də və 6-da ümumi çəkisi 5,7 kiloqram narkotik vasitə və 61 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 2 tüfəng aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.

Latest articles

More like this