“L’Équipe” nəşri Çempionlar Liqasının bütün zamanların ən simvolik komandasını tərtib edib.
BEY.AZ xəbər verir ki, Kriştiano Ronaldo simvolik komandaya düşməyib.
Oyunçular seçilərkən Avropanın ən yaxşı yarışmasının bütün tarixini – 1955-ci ildə başlayan Avropa Çempionlar Kubokundan müasir Çempionlar Liqasına qədər nəzərə alınıb.
Qapıçı: Rey Klemens (“Liverpul”).
Müdafiəçilər: Dani Karvaxal (“Real Madrid”), Frans Bekkenbauer (“Bavariya”), Franko Barezi (“Milan”), Paolo Maldini (“Milan”).
Yarımmüdafiəçilər: Luka Modriç ( “Real Madrid” ), Andres İnyesta (“Barselona”).
Hücumçular: Lionel Messi (“Barselona”), Yohan Kroyff (“Ayaks”), Corc Best (“Mançester Yunayted”), Alfredo Di Stefano (“Real Madrid”).
