Braziliyada bir ailə onları 12 yaşında olduğuna inandıran 37 yaşlı qadını övladlığa götürüb.
BEY.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, sözügedən qadın özünü Qabriela adı ilə təqdim edərək, zorakılıqdan qaçdığını bildirib.
Məlumata görə, o, 14 ay ərzində övladlığa götürən valideynlərlə birlikdə yaşamağa nail olub. Qadın yaşından böyük görünməsini isə autizm və uşaqlıqda qəbul etdiyi hormonal preparatlarla əlaqələndirib.
Hadisə qadının qohumlarından birinin polisə müraciət etməsindən sonra üzə çıxıb. Məlum olub ki, saxlanılan şəxs daha əvvəl ölkənin digər ştatlarında da oxşar fırıldaqlar etməyə cəhd göstərib.
Ona qarşı dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları irəli sürülüb.
Müəllif: Roza
