Venesuelada baş verən güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.
BEY.AZ xəbər verir ki, bunu Venesuela parlamentinin sədri Xorxe Rodriqes bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1719 nəfərə, xəsarət alanların sayı isə 5034 nəfərə yüksəlib.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 1430 nəfər olduğu açıqlanmışdı.
