Futbol üzrə dünya çempionatında Fransa Seneqala qalib gəlib.
BEY.AZ xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.
Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar.
Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.
xxx
Futbol üzrə dünya çempionatının Fransa – Seneqal oyununda ardıcıl iki qol vurukub.
BEY.AZ xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında əvvəlcə afrikalılar hesab arasındakı fərqi azaldıblar – 1:2.
90+5-ci dəqiqədə İbrahim Mbaye fərqlənib.
Ardınca isə Kilian Mbappe (90+6) Fransanın üstünlüyünü yenidən artırıb – 3:1.
xxx
Futbol üzrə dünya çempionatının Fransa – Seneqal oyununda ikinci qol vurulub.
BEY.AZ xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar hesab arasındakı fərqi artırıblar – 2:0.
82-ci dəqiqədə Bradli Barkola fərqlənib.
xxx
00:33
Futbol üzrə dünya çempionatının Fransa – Seneqal oyununda hesab açılıb.
BEY.AZ xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar hesabda irəli çıxıblar – 1:0.
66-cı dəqiqədə Kilian Mbappe qapını dəqiq nişan alıb.
xxx
23:12
Futbol üzrə dünya çempionatının Fransa – Seneqal oyunu başlayıb.
BEY.AZ xəbər verir ki, qrupunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.
