EvXəbərlərDÇ-2026: Kanada - Bosniya və Herseqovina matçı heç-heçə ilə yekunlaşdı

DÇ-2026: Kanada – Bosniya və Herseqovina matçı heç-heçə ilə yekunlaşdı

Published on

spot_img

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
BEY.AZ xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı “Bimo Fild” stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.
Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ – Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər – İsveçrə oyunları keçiriləcək.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Latest articles

More like this