DÇ-2026-nın finalında istifadə olunacaq topun fotoları yayılıb.
BEY.AZ xəbər verir ki, “Footy Headlines” portalı topunun daxili məlumatlarını və fotoşəkillərini paylaşıb.
2026-cı il Dünya Kuboku finalının rəsmi topu olan “Adidas Trionda Final Ball” ağ, qara və qızılı rənglərdə hazırlanıb. Dünya çempionatının həlledici oyunu iyulun 19-da Şərqi Rezerfordda (ABŞ) “MetLife” stadionunda keçiriləcək.
