EvXəbərlərDərs ilinin ilk günü metro və avtobuslardan istifadə edənlərin sayı açıqlandı

Dərs ilinin ilk günü metro və avtobuslardan istifadə edənlərin sayı açıqlandı

Published on

spot_img

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub.
Bu barədə BEY.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, ötən gün Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. Ötən ilin eyni günü ilə müqayisədə artım 18 % və yaxud təxminən 300 min nəfər olub.
“Bakı metropoliteni” QSC-dən verilən məlumatda isə bildirilib ki, sentyabrın 15-də metrodan 605 081 sərnişin istifadə edib.

“Halbuki, ötən ayın ən yüksək göstəricisi 548 751 sərnişin olub. Beləliklə, dərs ilinin ilk günü qeydə alınan göstərici avqust ayının pik günü ilə müqayisədə 9,3 % çoxdur”, – məlumatda qeyd edilib.

Latest articles

More like this