CSKA-nın keçmiş hücumçusu Vaqner Lav Moskvadakı vida matçına hansı dünya futbol ulduzlarını dəvət etdiyini və onların niyə gələ bilmədiklərini açıqlayıb.
Matç 26 sentyabr şənbə günü Moskvadakı CSKA Arenada keçiriləcək.
BEY.AZ xəbər verir ki, Vaqner CSKA-nın rəsmi saytında bildirib:
“Ronaldinyo və Adriano bütün dünyada hörmətlidirlər. Əlbəttə ki, onları görmək istərdim. Onlar həm də mənim dostlarımdır və təbii ki, onlara bu fürsəti dərhal təklif etdim. Ronaldinyo bu yaxınlarda oyuna qayıtdı və Adrianonun həmin tarix üçün başqa öhdəlikləri var idi.
Mən Gilberto Silvanı, Roberto Karlosu, hazırda Braziliya millisində çalışan Joaonu, “Fənərbaxça”da oynamış Aleksi və bir çox başqalarını dəvət etdim. Amma sıx qrafikləri nəzərə alsaq, təəssüf ki, onlar gələ bilməyəcəklər”.
BEY.AZ
