EvXəbərlərDİN motosiklet və moped sürücüləri ilə bağlı məlumat yaydı

DİN motosiklet və moped sürücüləri ilə bağlı məlumat yaydı

Published on

spot_img

Bakı Şəhər DYP İdarəsi tərəfindən motosiklet və mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
BEY.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlərin məqsədi bu tip nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Motosiklet və moped sürücülərini məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırırıq.

Latest articles

More like this