EvXəbərlərDövlət Dumasında "sürətli və qətiyyətli qələbə" çağırışı

Dövlət Dumasında “sürətli və qətiyyətli qələbə” çağırışı

Published on

spot_img

Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbi infrastrukturuna, logistikasına və silah anbarlarına qarşı “qətiyyətli” zərbələrə ehtiyacı var.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski özünün “Telegram” kanalında yazıb.
Deputat Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsindəki Tokmak şəhərinin bazarına zərbə endirməsinə sərt reaksiya verilməsini tələb edib. Slutski bazarın hərbi obyekt olmadığını və hər gün orada onlarla satıcı, müştəri, yaşlı insan və uşaqlı ailənin olduğunu qeyd edib.
Parlamentarinin sözlərinə görə, belə bir məkana zərbə endirmək mülki əhaliyə qəsdən hücum sayılmalıdır. “Bu, Kiyev üçün məktəblərin, xəstəxanaların və yaşayış binalarının uzun müddətdir ki, əsas hədəflər olduğunu göstərir. Buna görə də bu cür cinayətlərə qarşı cavab sürətli, dəqiq və prinsipial olmalıdır”,- deputat deyib.

Onun sözlərinə görə, hərbi infrastruktur, logistika və silah anbarlarına qarşı qətiyyətli tədbirlər görülməlidir: “Rusiya şəhərlərinə və mülki əhaliyə zərbə endirmək üçün istifadə edilən hər şey məhv edilməlidir. Tokmaka hücumda məsul olanlar məsuliyyətə cəlb olunmalıdır. Rusiyanın sürətli və qətiyyətli bir qələbəyə ehtiyacı var”.

Müəllif: Tural

Latest articles

More like this