EvXəbərlərDövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

Published on

spot_img

Sentyabrın 8-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240022 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə Nazirliyindən BEY.AZ-a bildirilib ki, AZ0201240022 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 393,5 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 119,4 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99,4475 (7,2080 faiz) və kəsmə qiyməti 99,3366 (7,2500 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 2029-cu il sentyabrın 8-dir.

Latest articles

More like this