Hər şey tam sərhəddədir. Düzgün cavabları almasaq, vəziyyət çox sürətlə inkişaf edəcək.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ABŞ tam irəli getməyə hazırdır.
“Düzgün cavabları almalıyıq – bu, tamamilə yaxşı cavab olmalıdır. Bu, tezliklə bu və ya digər şəkildə başa çatacaq”,- deyə Tramp əlavə edib.
Ağ Ev rəhbəri, həmçinin İranla sülh sazişini yekunlaşdırmaq üçün tələsmədiyini bildirib.
Tramp İranla yalnız Hörmüz boğazının yenidən açılmasına yönəlmiş məhdud razılaşma bağlamağı düşünmədiyini əlavə edib: “Biz yalnız bir şans verəcəyik. Mən tələsmirəm”.
