Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun yayılma riskini qiymətləndirib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus açıqlama yayıb.
Onun sözlərinə görə, Ebola üzrə risk Konqo Demokratik Respublikası və Uqandada milli və regional səviyyədə “yüksək”, lakin qlobal səviyyədə “aşağı” hesab olunur.
Qeyd edək ki, Konqonun İturi bölgəsində 8 laborator təsdiqli yoluxma, 246 şübhəli hal və təxminən 80 ölüm qeydə alınıb.
Müəllif: Roza
