EvXəbərlərEdamdan sağ çıxan qadın yeni xəbər var

Edamdan sağ çıxan qadın yeni xəbər var

Published on

spot_img

Edam cəzasına məhkum edilmiş və iki ölümcül inyeksiyanın vurulmasından sonra sağ qalmış cinayətkar Krista Qeyl Payk xəstəxanadan evə buraxılaraq yenidən həbsxanaya köçürülüb.
BEY.AZ xəbər verir ki, bu barədə “ABC News” onun vəkillərinə istinadla məlumat yayıb.
“İstisna vəziyyətdə göstərdikləri köməyə görə təcili tibbi yardım xidmətinin əməkdaşlarına və tibbi heyətinə minnətdardır”, — deyə vəkillərin bəyanatında bildirilir.
Tennessi ştatının hökm çıxarıldıqdan sonra məhkumların müdafiəsi ilə məşğul olan qurumları qadının həbsxanada tibbi yardım almağa davam edəcəyini bildiriblər.

Xatırladaq ki, hadisə ABŞ-ın Tennessi ştatında baş verib. 1995-ci ildə törətdiyi qətl hadisəsinə görə məhkum edilmiş 50 yaşlı Krista Qeyl Paykı edam etmək mümkün olmayıb. Pentaobarbitalın ikinci dozası vurulduqdan sonra Paykın nəfəs alması çətinləşib, o, xoruldamağa başlayıb, lakin sağ qalıb. Tennessi ştatının qubernatoru Bill Li baş verənləri misli görünməmiş hadisə adlandırıb və müstəqil araşdırma aparılması barədə göstəriş verərək ilin sonunadək nəzərdə tutulan edamları dayandırıb.

Hüseyn İbadlı

Latest articles

More like this