Rusiyalı voleybolçu Yekaterina Qamova Beynəlxalq Voleybol Şöhrət Zalına daxil edilib.
BEY.AZ xəbər verir ki, yeni üzvlərin təqdimat mərasimi ABŞ-ın Massaçusets ştatının Holyoke şəhərində keçirilib.
Qamova Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (2000-ci ildə Avstraliyada və 2004-cü ildə Yunanıstanda), ikiqat dünya çempionu (2006 və 2010), ikiqat Avropa çempionu (1999 və 2001) və 2002-ci il dünya çempionatının bürünc medalçısıdır.
Beynəlxalq Voleybol Şöhrət Zalına ən sonuncu dəfə 2012-ci il London Olimpiya çempionu Sergey Tetyuxin 2021-ci ildə daxil edilib.
