EvXəbərlərElçin Yusubov vəzifəsindən niyə azad edilib?

Elçin Yusubov vəzifəsindən niyə azad edilib?

Published on

spot_img

Xəbər verdiyimiz kimi, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunub.
BEY.AZ Xitab24.az-a istinadla xəbər verir ki, adıçəkilən məmurun işdən çıxarılmasına başlıca səbəb sahibkarların çoxsaylı şikayətləri olub.
Bundan başqa, bir müddətdir Xankəndidə aparılan yoxlamaların nəticəsi də ürəkaçan olmayıb. Bu isə Elçin Yusubovun sözügedən vəzifədən uzaqlaşdırılması ilə nəticələnib.
Elçin Yusubovun xüsusən də Xankəndidə öz çevrəsinə yaxın olan adamlara geniş imkanlar yaratdığı bildirilir.

Qeyd edək ki, Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.

Premium Usta Elanları
Premium Elan ver

Latest articles

More like this