EvXəbərlərƏn irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir

Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir

Published on

spot_img

ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi nəzərdən keçirdiyi bildirilir.
BEY.AZ xəbər verir ki, məlumatlı mənbələr “CBS News” telekanalına ABŞ və İsrailin İranda enerji infrastrukturu obyektlərinə ən irimiqyaslı bombardmanlardan birini planlaşdırdıqlarını bildiriblər.
Onların iddiasına görə, zərbələr bu həftəsonu ərzində başlaya bilər. Zərbələrin hədəfi, ehtimal ki, elektrik stansiyaları və neft emalı zavodları da daxil, enerji infrastrukturu olacaq.
ABŞ rəsmilərinin bildirdiyinə görə, İsrail tərəfi plan barədə məlumatlandırılıb və Vaşinqtonla koordinasiya aparılır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın mümkün əməliyyatla bağlı hələ yekun qərar vermədiyi vurğulanır.

Mənbələrin sözlərinə görə, hərbi zərbə planı cümə günü Trampın Kemp Deviddəki iqamətgahında administrasiya üzvləri ilə keçirdiyi müşavirədə müzakirə olunub. Prezidentin siyasi məsələlər üzrə bəzi köməkçiləri buna qətiyyətlə qarşı çıxıblar.

Latest articles

More like this