EvXəbərlərƏrdoğan böyük nümayəndə heyəti ilə ABŞ-a getdi

Ərdoğan böyük nümayəndə heyəti ilə ABŞ-a getdi

Published on

spot_img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Etimadın yenidən bərpası, transformasiyanın idarə edilməsi: Hər kəs üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı” mövzusu altında keçiriləcək 81-ci Baş Assambleyanın ümumi müzakirələrində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına gedib.
BEY.AZ xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Ərdoğanı Con F. Kennedi adına Beynəlxalq Hava Limanında Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi, səfir Əhməd Yıldız, Vaşinqton səfiri Sedat Önal və Nyu-York baş konsulu, səfir Mühittin Əhməd Yazal, həmçinin digər rəsmi şəxslər qarşılayıblar.
Prezident Ərdoğanla birlikdə xanımı Əміnə Ərdoğan, ədliyyə naziri Akın Gürlək, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Prezident Administrasiyasının İmmunlaşdırma və İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri, prof. dr. Burhanəttin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da ABŞ-yə gəliblər.
Baş Assambleyada 16-cı dəfə çıxış edəcək Ərdoğanın yüksək səviyyəli həftə kimi tanınan və liderlərin çıxışlarının yer alacağı BMT-nin 81-ci Baş Assambleyasının ilk günü olan sentyabrın 22-də dördüncü sırada söz alacağı gözlənilir.

Ərdoğanın çıxışının əsas gündəm maddəsinin İsrailin Qəzzada törətdiyi soyqırım, Fələstinin dövlət kimi tanınması və beynəlxalq aləmdə İsrailə qarşı atılacaq addımlarla bağlı olacağı ehtimal edilir.

Türkiyə liderinin xüsusilə Qəzzadakı vəziyyətə diqqət çəkməsi, üzv ölkələrdən İsrailin hücumlarına qarşı durmalarını tələb etməsi gözlənilir.
Ərdoğan Zirvə çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşəcək. Sentyabrın 23-də isə BMT Baş katibinin İqlim Tədbirində çıxış etməsi planlaşdırılır.
Hüseyn İbadlı

Latest articles

More like this